Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Hazırda oxunan: Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

629582

Bu gün "Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi "Dinamo Kiyev"in qonağı olacaq.

Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək. Onun köməkçisi isə Yens Maye olacaq.

Polşanın Lyublin şəhərinin "Arena Lublin" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubuna penaltilər seriyasında (4:5) uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.

"Köhlən atlar" iki oyunun nəticəsinə əsasən rəqibini üstələyəcəyi təqdirdə turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması avqustun 13-də saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin