“Qarabağ” Polşaya yollandı – FOTO

Hazırda oxunan: “Qarabağ” Polşaya yollandı – FOTO

629493

“Qarabağ” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Bildirilir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə keçiriləcək vacib qarşılaşma öncəsi bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan xüsusi reyslə Polşaya yollanıb.


Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv matçın keçiriləcəyi şəhərdə son hazırlıq məşqinə çıxacaq.

Ukraynadakı mövcud vəziyyətlə əlaqədar neytral meydanda baş tutacaq bu qarşılaşma avqustun 6-da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüş Lublin şəhərində yerləşən «Arena Lublin” stadionunda keçiriləcək.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin