Kuba voleybol millisinin hücumçusu Ana Yilian Kleger 2026/2027 mövsümündə "Turan"da çıxış edəcək.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zəngin təcrübəyə malik voleybolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.
O, karyerası ərzində Azərbaycanda "Rabitə" və "Telekom" komandalarının da formasını geyinib.
Kleger müxtəlif illərdə Türkiyə, Rusiya, Serbiya, Rumıniya və Çin çempionatlarında forma geyinib.
Qeyd edək ki, 185 sm boya malik voleybolçu son olaraq Türkiyənin "Zeren Spor" klubunda çıxış edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:18 / 05.08.2026
Kubalı voleybolçu "Turan"a transfer olundu
Hazırda oxunan: Kubalı voleybolçu "Turan"a transfer olundu
Hazırda oxunan: Kubalı voleybolçu "Turan"a transfer olundu
629459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































