Vacib səfərə yollanırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Dinamo" Azərbaycana yaxşı tanış olan komandadır. Nəticəsindən asılı olmayaraq, azarkeşləri maraqlı oyun gözləyir.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada Ukraynanın “Dinamo” (Kiyev) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə Bakıda təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib: “Səfərə yaxşı nəticə üçün gedirik. Bilirik ki, rəqib də bizə qarşı çox ciddi hazırlaşır. Hətta çempionat oyunlarını da təxirə salıblar. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:06 / 05.08.2026
Qurban Qurbanov: “Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq
Hazırda oxunan: Qurban Qurbanov: “Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq
Hazırda oxunan: Qurban Qurbanov: “Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq
629427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































