UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Danimarkanın “Orxus” klubu ilə qarşılaşacaq “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan əvvəl öz fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, litvalı mütəxəssis əvvəlcə görüşlə bağlı təəssüratlarını bildirib:
“Uzun səyahətdən sonra artıq buradayıq. Orxusda olmaqdan çox şadıq və böyük məmnunluq duyuruq. Bu mərhələyə qədər gəlib çıxmaq hər bir məşqçinin, hər bir komandanın xəyalıdır. Sabahkı oyuna həqiqətən çox yaxşı hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq. Danimarka futbolu istər milli, istər klub, istərsə də fərdi keyfiyyətlər baxımından çox yüksək səviyyədədir”.
Son Azərbaycan çempionunun çalışdırıcısı rəqibin güclü və zəif tərəflərinə bələd olduqlarını diqqətə çatdırıb:
“Rəqibimizin həm güclü, həm də zəif tərəflərini yaxşı bilirik. Çalışacağıq ki, öz üstünlüklərimizdən maksimum istifadə edərək rəqibə qalib gələk. İnanıram ki, futbolçularım meydanda hər bir xırda detalı belə dəqiqliklə icra edəcəklər”.
Dambrauskas son olaraq, mərhələ adlamaq iddialarından da söz açıb:
“Bu mərhələ iki oyundan ibarətdir. İlk hissəni sabah oynayacağıq, ikinci hissəni isə gələn həftə Bakıda keçirəcəyik. İnanıram ki, cavab görüşündə ev sahibi kimi azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik və iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf biz olacağıq”.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:52 / 04.08.2026
Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”
Hazırda oxunan: Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”
Hazırda oxunan: Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”
629353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































