"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, qitənin üçüncü dərəcəli klub turnirində pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.
Bizim.Media






























































































