İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

Hazırda oxunan: İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

628760

Azərbaycanın srbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalına vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edib.

O, sabah qızıl medal uğrunda yarışda iranlı Benyamin Aşoften Mayvanla üz-üzə gələcək.

İ.Həsənov daha əvvəl 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3, 1/8 finalda isə gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin