Dünyaşöhrətli futbolçu Kriştianu Ronaldo ilə Corcina Rodrigezin bu həftəsonu Portuqaliyada evlənəcəyi ilə bağlı iddialar gündəmə gəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, səkkiz ildir, birlikdə olan cütlüyün Portuqaliyada nikah masasına əyləşəcəyi bildirilib.
Məlumata görə, toy mərasimi Sintra şəhərində yerləşən Quinta da Regaleira malikanəsində keçirilə bilər.
Digər tərəfdən, həmin məkan həftəsonu ziyarətçilər üçün açıq görünür. Bu isə həmin iddiaları təkzib edir. Qeyd edək ki, Kriştianu Ronaldo daha əvvəl Corcina Rodrigez ilə evlənmək niyyətində olduğunu açıqlamışdı.
Portuqaliyalı futbolçu müsahibələrinin birində nişanlısı haqqında bu sözləri demişdi:
“Onunla evlənəcəyəm, çünki doğru zamanın gəldiyinə inanıram. Təkcə uşaqlarımın anası olduğu üçün deyil, həyatda ən çox sevdiyim insan olduğu üçün”. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
22:45 / 31.07.2026
Ronaldo evlənir?
Hazırda oxunan: Ronaldo evlənir?
Hazırda oxunan: Ronaldo evlənir?
628661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































