Millimizin üzvü qol vurdu, komandası qalib gəldi - VİDEO

Hazırda oxunan: Millimizin üzvü qol vurdu, komandası qalib gəldi - VİDEO

613671

Bolqarıstanda ölkə çempionatının Konfrans Liqası qrupu çərçivəsində 35-ci turun bir sıra oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" evdə "Lokomotiv" (Plovdiv)-u 4:0 hesabı ilə darmadağın edib. Hüseynov matçı əvəzlənmədən keçirib və komandasının 4-cü qolunu vurub.

Qeyd edək ki, bu, Cəlalın ardıcıl ikinci oyunda vurduğu üçüncü qol olub.

Hazırda "Arda" 51 xalla ümumi turnir cədvəlində 7-ci, Konfrans Liqasına yeganə vəsiqə uğrunda mübarizə aparan dörd komandalıq alt qrupda isə 3-cü pillədə qərarlaşıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin