Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

610689

Misli Premyer Liqasında XXX tura bu gün start veriləcək.

Bizim.Media xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.
 

İlk olaraq "Sumqayıt" "Kəpəz"in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 38 xalla yeddinci, Gəncə klubu 21 xalla onuncu pillədə qərarlaşıb.


Saat 18:30-da "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. Naxçıvan təmsilçisi 40 xalla altıncı, qonaqlar 29 xalla doqquzuncu sıradadır.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.(Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin