Avarçəkənlərimiz Türkiyədən 3 medalla qayıdırlar – FOTO

Hazırda oxunan: Avarçəkənlərimiz Türkiyədən 3 medalla qayıdırlar – FOTO

607911

Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar Kuboku” beynəlxalq reqatası başa çatıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan komandası yarışda uğurlu çıxışı ilə yadda qalıb.

Birnəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. Hüseyn həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub.

Birnəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyası “Bahar Kuboku”nu 2 gümüş, 1 bürünc medalla başa vurub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin