Hacı Əliyev erməni rəqibinə aman vermədi ”“ 7:0

Hazırda oxunan: Hacı Əliyev erməni rəqibinə aman vermədi ”“ 7:0

126050
Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığması daha bir medal qazanıb.

Moderator.az xəbər verir ki, təsnifat mərhələsində litvalı Sarunas Yursisə (11:0), dörddən bir finalda isə Bolqarıstan təmsilçisi Vladimir Vladimirova (11:0) qalib gələn güləşçimiz Hacı Əliyev (61 kq çəki kateqoriyası), yarımfinalda gürcü Vladimer Kinçeqaşviliyə məğlub olub (4:2).

Bürünc medal uğrunda təsəlliverici görüşdə isə Hacı Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşıb.

Rəqibinə aman verməyən Əliyev rəqibinə təmiz qələbə qazanıb ”“ 7:0.

Qeyd edək ki, Hacı erməni rəqibi ilə 2015-ci ilin Avropa Oyunlarında da qarşı-qarşıya gəlmiş və elə həmin görüşdə də Franqulyanın arxasını yerə vurmuşdu. Maraqlısı odur ki, elə o zaman da Əliyev rəqibinə 7:0 hesabı ilə qalib gəlmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin