Ağdaban faciəsindən 23 il ötür- VİDEO

Hazırda oxunan: Ağdaban faciəsindən 23 il ötür- VİDEO

74569
Moderator.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir yaşayış məntəqəsinin-Ağdabanın vəhişicəsinə yer üzündən silinməsi, sakinlərinə amansızcasına divan tutulmasının 23-cü ildönümdür.

Ağdaban soyqırımı-1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrım idi. Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınmasıyla nəticələndi!

Kəlbəcər rayonunun 130 evdən ibarət AÄžDABAN kəndı tamamilə erməni seperatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaatı çaş”“baş qaldı.

Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək- əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında imiş. 
HAŞİYƏ. Məlum olduğu kimi 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başladılar. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndərdilər. Bəli, Ağdaban kəndi mühasirəyə alınmışdı.

Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən 39 adam öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərildi. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrildi.

Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. Xalqın iradəsiylə "Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi" yaradıldı. Camaatın qəti tələbi ilə bu komitəyə rəhbərlik etmək bu sətirləri yazana tapşırıldı. Komitə qısa müddət ərzində böyuk tədbirlər həyata keçirdı. Orduya kömək xeyli artırıldı. Əhalidə müdafiə olunacağına ümid yarandı. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən mərhum general Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edildi. Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirdi.

Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövrüyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talayıb.

Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetrilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin