Moskvada 60 yaşlı “bomj”x9d 27 yaşlı Azərbaycan vətəndaşına bıçaq xəsarəti yetirib.
Hadisə paytaxt vağzallarının birində baş verib.
Mübahisəyə səbəb Azərbaycan vətəndaşının “bomj”x9da irad tutması olub. Konkret olaraq o, 60 yaşlı kişidən özünü sakit aparmağı xahiş edib. Lakin bu, “bomj”x9dun xoşuna gəlməyib və o, cibindən çıxardığı bıcaqla həmyerlimizi boğazından yaralayıb.
Azərbaycan vətəndaşı dərhal xəstəxanaya çatdırılıb. Onu yaralayan şəxsi isə bir neçə saatdan sonra saxlamaq mümkün olub./apa






































































































