Xalq artistinə oğul dağı...

Hazırda oxunan: Xalq artistinə oğul dağı...

54075

Aktrisanın rəfiqəsi Sədaqət Kamalın ANS PRESS-ə verdiyi məlumatına görə, 37 yaşlı Əli səhərə yaxın keçinib. İslamzadə Əli Xanlar oğlu bu gün saat 14:00-da Mərdəkanda torpağa tapşırılacaq.

Mərhum yarım ildir ağciyər və ürək çatışmamazlığından əziyyət çəkirdi. Avqust ayının sonlarında vəziyyəti kəskinləşdiyindən Sabunçu rayon 3 saylı Kliniki Xəstəxanada reanimasiyaya yerləşdirilmişdi. Əlinin xəstəliyi o həddə çatmışdı ki, gəzə bilmirdi. Orada bir neçə gün qaldıqdan sonra həkimlər ağır xəstəni evə buraxmışdı.

Qeyd edək ki, evi olmayan xalq artisti Nuriyyə Əhmədova fasilələrlə bacılarının və rəfiqələrinin evində yaşayır. Xalq artisti oğlu Əlinin xəstəliyini məhz evsizlik və şəraitsizliklə əlaqələndirmişdi: "Gündə bir evdə yaşayıb, yeməyinə fikir verməyib. Bir övlad itirmişdim, ikinci uşağımı da itirəcəyimdən çox qorxuram. Xəstəxanadan çıxatılandan sonra hara gedəcəyimiz sual altındadır. Çünki yaşamağa mənzilimiz yoxdur. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət etmişəm. Haradan kömək istəyirəmsə yalnız rədd cavabı alıram. Mənim müraciətimə baxmırlar. Artıq qapı-qapı gəzib ev istəməkdən yorulmuşam. Heç kim bu işi öz üzərinə götürmək istəmir. Axı mən də Azərbaycan mədəniyyətinə müəyyən qədər xidmət göstərmişəm. Mənə baxa-baxa bacı və qardaşım da şəkər xəstəliyi tapıb. Ümidim yalnız Allaha qalıb”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin