Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza: 4 yaralı

Hazırda oxunan: Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza: 4 yaralı

32824

Bakı-Şamaxı-Yevlax yolunun 121-ci km-də ağır avtomobil qəzası baş verib. Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Şamaxıdan Ağsu istiqamətində hərəkətdə olan Cəlil Maşallah oğlu İsgəndərova məxsus “VAZ-2107” markalı, 10 TR 067 dövlət qeydiyyatlı avtomaşın eyni istiqamətdə olan, “VAZ-21015” markalı, 90 RU 165 nömrə nişanlı avtomaşınla ara məsafəni düzgün seçməyərək toqquşublar. Hadisə nəticəsində “VAZ-2107” markalı avtomaşın içindəki sərnişinlərlə birlikdə aşıb.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomaşında olan 4 nəfər sərnişin ağır yaralanıb.

Qeyd edək ki, qəzaya uğrayan “VAZ-21015” markalı avtomaşının sürücüsü sərnişin daşıma qaydalarında riayət etməyərək 6 nəfər sərnişin aparırmış.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin