"Genesis G70" sport-sedan dizayna görə mükafat aldı - "Əsrin gözəli"...

Hazırda oxunan: "Genesis G70" sport-sedan dizayna görə mükafat aldı - "Əsrin gözəli"...

214278
Sport-sedan Genesis G70xa0 İF Design 2018 “Avtomobil vasitələrinin dizaynı” müsabiqəsində mükafat alıb.xa0

Moderator.az xəbər verir ki, bu, 2015-ci ildən əsası qoyulmuş premium avtomobil markası "Genesis"in ilk qələbəsidir.xa0

İF Design mükafatı sedan G70 -ə “ mükəmməl avtomobil dizaynına görə” layiq görülüb. “Parabola” adını almış avtomobilin görünüşündəki əsas xarakterik xətt avtomobilin bortunun bütün üst çevrəsinin əyilməsidir ki, bu da kuzaya sportiv gərginlik və elastiklik cizgiləri verir. Sedanın qabaq hissəsi bütün "Genesis" brendinə xas olan görünüşü təkrarlayır.xa0

“Biz fəxr edirik ki, World Design Guide avtomobil dizaynındaxa0 G70 modelini lider hesab edib. Genesis brendinin inkişafının əsasında məhz dizayn durur və bizim indiki və gələcək bütün modellərimiz üçün sportiv xarakteri və eleqantlığı birləşdirən sənəti mükəmməlləşdirməkdə davam edəcəyik” - Genesisin icraçı vitse prezidenti və dizayner şefi Lyuk Donkervolke deyib.
xa0
İF World Design Guidenin himayəsi altında keçirilən İF Design mükafatı dünyada dizayn sahəsində ən prestij mükafatlardan biri sayılır. Münsiflər heyətinə 63 ekspert daxildir. Bu il onların mühakiməsinə 54 ölkədən 6 min iş təqdim edilib.

Xatırladaq ki, Genesis G70 –in Cənubi Koreyada satışı 2017-ci ilin sentyabrında başlayıb, 2018-ci ilin yazında model başqa bazarlara da çıxarılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin