“Mən cibimdə Livanda ölən müsəlman uşağın şəklini daşıyıram. Müharibəni dəstəkləyə bilmərəm”.
Bizim.Media xəbər verir ki, bunu Roma Papası XIV Leo tədbirdə çıxışında deyib.
Qeyd edək ki, Roma Papası daha əvvəl ABŞ-ın İrana qarşı siyasətini tənqid edib. O, xüsusilə Amerika liderinin İran sivilizasiyasını məhv etməklə bağlı səsləndirdiyi təhdidləri qəbuledilməz adlandırmışdı.
Papa Pasxa bayramı münasibətilə Qərb xristianlarına müraciətində dünya liderlərini münaqişələrin kəskinləşməsinin qarşısını almağa və dialoqa üstünlük verməyə çağırmışdı.
Bizim.Media



























































































