ABŞ-da sinaqoqa hücum etmək istəyən 18 yaşlı qız SAXLANILDI – FOTO

Hazırda oxunan: ABŞ-da sinaqoqa hücum etmək istəyən 18 yaşlı qız SAXLANILDI – FOTO

609113

ABŞ-ın Şimali Karoline ştatında 18 yaşlı qız sinaqoqa qarşı hücum planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb.

Bizim.Media xəbər verir ki, ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, Ancelina Xan Hiks adlı şəxs və 16 yaşlı yeniyetmə Hyuston şəhərində yerləşən “Congregation Beth Israel” sinaqoquna qarşı hücum hazırlamaqda ittiham olunurlar.

İstintaqın versiyasına görə, şübhəlilər avtomobil qaçıraraq ibadət edən insanların üzərinə sürmək və çox sayda insanı öldürmək niyyətində olublar.
 

Bildirilir ki, saxlanılan qız hazırda həbsdə saxlanılır. Onun vəkili işin hələ ilkin mərhələdə olduğunu və müdafiə tərəfinin yaş faktorunu əsas arqumentlərdən biri kimi nəzərdən keçirdiyini bildirib.


Faktla bağlı araşdırmalar davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin