MSK-nın yeni tərkibi BU TARİXDƏ təsdiqlənəcək

Hazırda oxunan: MSK-nın yeni tərkibi BU TARİXDƏ təsdiqlənəcək

609067

Gələn həftə Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənəcək.

Bizim.Media xəbər verir ki, Milli Məclisin aprel ayının 27-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
 

İclasın gündəliyinə ümumilikdə 11 məsələ daxil edilib. “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında” məsələ də gündəlikdə yer alıb.


Xatırladaq ki, MSK-nın hazırkı tərkibi Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında formalaşdırılıb.

Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin