Bu ərazilərə sulu qar yağıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bu ərazilərə sulu qar yağıb - FAKTİKİ HAVA

609057

Aprelin 24-ü saat 10:00 olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.

Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
 

Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25, Ağstafada 21, Tovuz və Xınalıqda 20, Goranboyda 19, Zəngilan, Naftalan və Daşkəsəndə 18 m/s, Lerik və Gədəbəydə 16 m/s-dək çatır.


Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin