Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

Hazırda oxunan: Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

609151

İranın xarici işlər naziri Abbas Əraqçı aprelin 24-ü axşam saatlarında ABŞ ilə danışıqların ikinci raundunda iştirak etmək üçün İslamabada gedəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Geo" telekanalı hökumət mənbələrinə istinadən məlumat yayıb.

İran nümayəndə heyətinə şəxsən İranın xarici siyasət idarəsinin rəhbəri başçılıq edəcək.

Telekanalın məlumatına görə, ABŞ-ın logistika və təhlükəsizlik qrupu mümkün ikinci sülh danışıqları ərəfəsində artıq Pakistanın paytaxtındadır.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında danışıqların birinci raundu aprelin 11-də baş tutub.

O zaman ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik müvəqqəti atəşkəs haqqında razılığın əldə olunduğunu elan etmişdi.

Lakin artıq növbəti gün vitse-prezident Cey. Di. Vens tərəflərin razılığa gələ bilmədiyini bildirib. Buna cavab olaraq Tramp İran limanlarına daxil olan və oradan çıxan bütün gəmilər üçün dəniz blokadası tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin