Qaradağda torpaq çökməsində həyatını itirən şəxs bu qurumda çalışırmış – DETALLAR

Hazırda oxunan: Qaradağda torpaq çökməsində həyatını itirən şəxs bu qurumda çalışırmış – DETALLAR

609100

Qaradağ rayonu, Qobustan qəsəbəsində torpaq çökməsi hadisəsi ilə bağlı yeni detallar bəlli olub. 

Qobustan bələdiyyəsindən Bizim.Media-ya verilən məlumata görə, torpaq çökməsi nəticəsində ölən şəxs Qobustan qəsəbə sakinidir.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Qobustanda torpaq qatı ÇÖKDÜ – Ölən və yaralanan var – VİDEO


O, Qaradağ rayon Sukanal İdarəsinin əməkdaşı olub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qazıntı işləri aparılan zaman torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyən olunub. Bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi cinsli) isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin