Norveç ölkədə 16 yaşından kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan edilməsi barədə qanun layihəsi hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Norveçin Baş naziri Yonas Qar Störe açıqlayıb.
Məlumata görə, qanun layihəsi bu il təqdim ediləcək.
Qeyd edək ki, oxşar layihə cari ilin yanvarında Fransa Milli Assambleyası tərəfindən də bəyənilib.
Həmçinin 2024-cü ilin noyabrında Avstraliya 16 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrə girişini qadağan edən və yaş məhdudiyyəti tətbiq edən qanun qəbul edib. Türkiyədə də sosial mediada uşaqların qorunmasına yönələn, hərtərəfli qaydaları özündə birləşdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) komissiyasından keçib.
Bizim.Media





























































































