Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

Hazırda oxunan: Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

609089

Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb.
 

Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da xəsarətlər alıb. M. Həsənovanın barmağı amputasiya olunub.


Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə caqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin