Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.
Bizim.Media xəbər verir ki, 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda aprelin 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:55 / 24.04.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO
Hazırda oxunan: Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO
Hazırda oxunan: Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO
609075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































