Arvadının qızıllarını satıb, sevgilisi ilə TOY ETDİ

Hazırda oxunan: Arvadının qızıllarını satıb, sevgilisi ilə TOY ETDİ

609109

Türkiyədə boşanma mərhələsində olan qadın həyat yoldaşını ona məxsus qızıl zinət əşyalarını sataraq sevgilisi ilə toy etməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, hadisə Bursa vilayətinin Gürsu rayonunda qeydə alınıb. 
 

Məlumata görə, 2017-ci ildə ailə quran Meltem Ç. (33) və İ.Ç. (30) cütlüyünün iki övladı var. İ.Ç. 2022-ci ildə boşanma iddiası qaldırıb. Ayrı yaşamağa başlayan tərəflər aliment məsələsində razılığa gələ bilmədikləri üçün rəsmi boşanma baş tutmayıb.


İddialara görə, bu müddətdə İ.Ç. B.K. adlı qadınla dini nikah bağlayaraq birlikdə yaşamağa başlayıb.

Meltem Ç. bildirib ki, həyat yoldaşı 2025-ci ilin noyabrında sevgilisi ilə toy edib və bu məqsədlə onun toyda taxılan qızıl bilərziklərini və sikkələrini sataraq şadlıq sarayı kirayələyib.

Qadın həm həyat yoldaşından, həm də onun bu münasibətə etiraz etdiyi üçün onu ölümlə hədələdiyini iddia etdiyi əmisi Ş.Ç.-dən şikayətçi olub.

“Biz hələ də rəsmi nikahdayıq. O isə mənim qızıllarımla salon tutub başqasına ev qurub. Həmin evdə də yaşayırlar. Məni ölümlə hədələyirlər”, — deyə Meltem Ç. bildirib.

İ.Ç. isə ittihamları rədd edərək, başqa bir qadınla birlikdə yaşadığını təsdiqləsə də, səsləndirilən iddiaları qəbul etmədiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin