Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

Hazırda oxunan: Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

608909

Azərbaycanda təhsil pillələrindən biri də ümumi təhsil pilləsidir. “Təhsil haqqında” Qanuna görə, məktəbəqədər təhsil də bu pillələrdən birini təşkil edir. Lakin məktəbəhazırlıq qruplarının təlim-təhsili təhsilin heç bir pilləsinə aid edilmir.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına həmin il 5 yaşı tamam olmuş uşaqlar cəlb olunur və yaranmasının məqsədi 5 yaşlı uşaqları psixoloji cəhətdən məktəb təliminə hazırlamaq, təhsil mühitinə uyğunlaşdırmaq, birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Bu təhsilin uşağın ibtidai təhsilə adaptasiyasına müsbət təsir etdiyi bildirilir.

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri aparır?

Məktəbəhazırlıq qruplarında tədrisi ibtidai sinif müəllimləri aparır. Hazırkı tədris ilində 4-cü sinfə dərs deyən ibtidai sinif müəllimi həm də çalışdığı məktəbdəki məktəbəhazırlıq qrupundakı uşaqların təlim-tədrisi ilə məşğul olur. Bu da bir çox vaxt cəmiyyətdə müzakirəyə səbəb olur.

Hesab olunur ki, həmin müəllim əsas sinfi ilə məşğul olduğu  üçün yorğun olur və beş yaşlılarla istənilən səviyyədə məşğul ola bilmir. Yaxud bir il ərzində 10 yaşlı uşaqlarla tədris aparan müəllimin həm də 5 yaşlı uşaqlarla tədris aparması düzgün deyil.

Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, məktəbəhazırlıq qrupu, yəni birinci sinifdən öncəki məktəbdəki sinif hesab olunur:

“Biz bəzən ona sıfırıncı sinif deyirik. Həmin sinfin idarəetməsi isə ibtidai sinif müəllimlərinin ixtiyarındadır. Yəni ibtidai sinif müəllimləri onlara ilkin təməl bilikləri öyrədir, növbəti tədris ili, yəni birinci sinif üçün hazırlayırlar. Ona görə də dərslərini konkret olaraq ibtidai sinif müəllimlərinin aparması vacibdir”.

O bildirib ki, bununla bağlı ali məktəblərdə ayrıca ixtisas yoxdur:

“Universitetlərdə məktəbəqədər təlim-tərbiyə ixtisası var, bu isə konkret olaraq bağça təhsili, yəni məktəbəqədər təhsili əhatə edir. Məktəbəhazırlıq isə sıfırıncı sinif və ibtiadi təhsil pilləsinin əvvəli hesab olunur deyə tədrisi ibtidai sinif müəllimləri aparmalıdırlar.

Məktəbəhazırlığın tədris proqramı ilə məktəbəqədər tədris proqramı arasında fərq var. Məktəbəhazırlıq qrupunun təhsilini ibtidai sinif müəllimləri bilirlər, onun ali təhsilini alıblar. Məktəbəqədər təhsil isə məhz bağça təhsili istiqamətində olduğu üçün proqram fərqi var”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin