“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

Hazırda oxunan: “Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

609092

2-ci Liqada 24-cü turun hakim təyinatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
 

Misli Premyer Liqasının 28-ci turunda “Zirə” – “Neftçi” matçında verdiyi səhv qərarla yadda İnqilab Məmmədov da 2-ci liqa matçına təyinat alıb. Referi matçın son dəqiqələrində meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə almışdı.

 
O, “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun baş hakimi olacaq.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Zirə” – “Neftçi” matçında qonaq komandanın əleyhinə yanlış qərar verildiyini təsdiqləmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin