Hikmət Hacıyev Elçin Qasımovla görüşdü – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Elçin Qasımovla görüşdü – FOTO

609069

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov iki ölkə arasında münasibətləri müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə slovakiyalı səfir görüşün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

"Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksək səviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm", - o yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin