Çin İrandakı vətəndaşlarını mümkün qədər tez bir zamanda ölkəni tərk etməyə və ya daha təhlükəsiz bölgələrə köçməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Pekin Hava məkanının qismən yenidən açılmasına baxmayaraq vəziyyətin "mürəkkəb və dəyişkən" olaraq qaldığını bildirib və artıq İranda olan vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmağı və əlavə tədbirlər görməyi tövsiyə edib.
Həmçinin Çin vətəndaşlarının mövcud şəraitdə İrana səyahət etməməsi bir daha vurğulanıb.
Xatırladaq ki, aprelin 22-də ABŞ Dövlət Departamenti amerikalı vətəndaşları İranı təcili tərk etməyə çağırıb.
Bizim.Media































































































