İrandan Rusiyaya Hörmüz JESTİ

Hazırda oxunan: İrandan Rusiyaya Hörmüz JESTİ

609060

İran Hörmüz boğazından keçid üçün tariflərlə bağlı Rusiya da daxil olmaqla bir sıra ölkələr üçün istisnalar tətbiq edib.

Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu sözləri İranın Moskvadakı səfiri Kazem Cəlali qeyd edib.

O, güzəştlərin yalnız Tehrana dost ölkələrə şamil olunduğunu vurğulayıb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
 

Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.


Aprelin 13-dən etibarən ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb. Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin