“Eynullaya görə məni 2 saat bölmədə saxladılar”x9d

Hazırda oxunan: “Eynullaya görə məni 2 saat bölmədə saxladılar”x9d

161817

Bu gün səhər bir qurup QAT üzvünü Səbayil rayonu 8-ci polis bölməsinə aparılması, QAT sədri Akif Nağının isə Bakı Baş Polis İdarəsinə çağırılması ilə bağlı xəbər vermişdik. Bildirmişdik ki, polis bölməsində QAT üzvləri Nəsib Cəfərov, Cəfər Həşimov, Kəmalə Əliyeva, Paşa Dadaşov, Elşad Əliyev, Murad Məhərrəmli, Bəhlul Heybətov, Mahir Rzayev və Ömər Ömərovdan təkrar izahat alınaraq, işi Səbayil rayon məhkəməsinə göndəriblər. Onu da qeyd etmişdik ki, QAT üzvləri erməni müğənni Filip Kirkorovun konsertinə etiraz etdikləri üçün ittiham edildiklərini iddia edirlər.xa0

Akif Nağı Moderator.az-a açıqlamasında onu polis idarəsinin rəis müavini Səhlab Bağırovun qəbul etdiyini bildirib: “Orada, həmçinin Milli Təhlükəsizlik Xidmətinin və Bakı şəhər prokurorluğunun nümayəndələri iştirak edirdi. Onlar jurnalist Eynulla Fətullayevlə bağlı, onun erməni jurnalistini işə götürməsi və ermənilərə xidmət etməsi ilə bağlı QAT-ın açıqlamaslından narahat olduqlarını bildirdilər. 2 saat polis idarəsində saxlanıldıqdan sonra mənə xəbərdarlıq edib, sərbəst buraxdılar. Səbayil rayon məhkəməsinə göndərilən QAT üzvlərinin işinə isə hələ ki, baxılmayıb”x9d. xa0


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin