Rusiyaya məxsus hərbi təyyarələr Türkiyənin ardınca İsrailin də hava məkanını pozdu.
Moderator.az izrus.co-il-ə istinadən xəbər verir ki, bu gün İsrail Suriya sərhəddində Colan təpələri istiqamətində Rusiyaya məxsus hərbi təyyarə İsrailın hava məkanını pozub.
Bu barədə Levantine Grup konsaltinq strukturunun direktoru Daniel Nisman öz Tvitter səhifəsində yazıb. D. Nisman rus hərbi təyyarələrinin sayını yazmasa da, onların Suriyanın cənubunda aviazərbələr endirən zaman İsrailin hava məkanını pozduğunu bildirib.
Rəsmi Təl-Əviv hələ bununla bağlı rəsmi məlumat yaymır. Əgər Təl-Əviv rəsmi qaydada bunu təsdiq edərsə, o zaman bu hadisə rusların ikinci dəfə İsrailin hava məkanına xa0hərbi müdaxiləsi kimi qiymətləndiriləcək. Təl-Əviv rusların hava məkanını pozmasından ciddi narahatçılıq keçirsə də, hadisəyə hələ ki, səbrlə yanaşır.
İsrailin müdafiə naziri Moşe Yaalon deyib ki, ruslar ölkənin hava məkanını ilk dəfə 2015-ci ilin payızında xa0pozub.
































































































