İran ordusu Küveytdə yerləşən ABŞ hərbi qüvvələrini və ordunun maddi-texniki təminat mərkəzlərini hədəf alıb.
Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Ordusunun yaydığı rəsmi bəyanatda bildirilib.
Məlumata əsasən, hücum irimiqyaslı hərbi əməliyyatın tərkib hissəsi olub:
"Bir neçə saat əvvəl 'Ildırım' (Yıldırım) əməliyyatının on ikinci mərhələsi çərçivəsində İran İslam Respublikası Ordusunun 'Araş' adlı dağıdıcı pilotsuz uçuş aparatları Küveytdə dislokasiya olunmuş ABŞ Silahlı Qüvvələrinin bölmələrinə və onların maddi-texniki təminat mərkəzlərinə zərbələr endirib".
Ordunun bəyanatında həmçinin qeyd olunub ki, bu hava zərbələri düşmən tərəfinin son dövrlərdə atdığı addımlara və törətdiyi hərəkətlərə cavab olaraq, qisas xarakterli tədbir kimi həyata keçirilib. Hücum nəticəsində qeydə alınan dağıntıların miqyası və ABŞ hərbçiləri arasında itkilərin olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Bizim.Media

































































































