Rusiyadan Dneprə kütləvi RAKET HÜCUMU – VİDEO

Hazırda oxunan: Rusiyadan Dneprə kütləvi RAKET HÜCUMU – VİDEO

613794

Rusiya ordusu gecə saatlarında Ukraynanın Dnepr şəhərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri və yerli media məlumat yayıb.

Hücum nəticəsində azı 18 nəfər xəsarət alıb.

Yaralananlar arasında 2 yaşlı qız və 10 yaşlı oğlan uşağının da olduğu bildirilir.

Zərbələr nəticəsində yaşayış binaları, avtomobillər və mülki infrastruktur ciddi ziyan görüb.
 

Şəhərin bəzi hissələrində yanğınlar baş verib, dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.


Ukrayna Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerlərində axtarış-xilasetmə işlərini davam etdirirlər.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qanza bildirib ki, yaralıların bir qismi xəstəxanaya yerləşdirilib, onların əksəriyyətinin vəziyyəti orta ağır qiymətləndirilir.

Ukrayna tərəfi hücumların əsasən mülki obyektləri hədəf aldığını vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin