Çernobilin mühafizə zonasında genişmiqyaslı meşə yanğını baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Telegram” kanalında məlumat verilib.
Bildirilir ki, yanğının sahəsi təxminən 1100 hektardır. Quru hava şəraiti və güclü külək səbəbindən alov sürətlə yayılır.
Məlumatda qeyd olunur ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Xidmətinin bölmələri, xüsusi texnika və digər qurumların qüvvələri cəlb olunub. Xilasedicilər gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.
Yanğının Çernobil AES-ə təhlükə yaradıb-yaratmaması ilə bağlı hələlik məlumat verilməyib.
Bizim.Media


































































































