Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Hazırda oxunan: Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

611902

Ukrayna dronları Rostov vilayətinə hücum edib.

Bizim.Media “Astra” nəşrinə istinadla xəbər verir ki, Rostov-na-Donu şəhərində “Empils” boya-lak materialları zavodu və “Radar” Elmi-Texniki Mərkəzinin filialı yaxınlığında yanğın baş verib.
 

Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, dron qalıqlarının düşməsi nəticəsində Taqanroq, Bataysk, Rostov-na-Donu və Myasnikov rayonunda dağıntılar qeydə alınıb.


Monitorinq kanalları isə “Rostovaqropromzapçast” müəssisəsinə zərbə endirildiyini, ərazidə genişmiqyaslı yanğının baş verdiyini yazır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin