Yayda meyvə-tərəvəzlər bahalaşa bilər - VİDEO

Hazırda oxunan: Yayda meyvə-tərəvəzlər bahalaşa bilər - VİDEO

608144

Dünyada gübrə qiymətlərində artım müşahidə olunur.

Bizim.Media Xəzər Tv-yə istinadən xəbər verir ki, ABŞ-İran müharibəsi gübrə qiymətlərinə də təsirsiz ötüşməyib.
 

Çünki, gübrə istehsalında təbii qaz və digər enerji resursları əsas xammal rolunu oynayır. Enerji bahalaşdıqca isə istehsal xərcləri artır və bu birbaşa bazara təsir edir İqtisadçı ekspert Akif Nəsirli deyir ki, mövcud vəziyyətlə əlaqədar bu il mövsümi meyvə-tərəvəzlərin də baha olacağı gözlənilir. 


Ekspertin sözlərinə görə, bahalaşmanın digər səbəbi isə yazda ölkə ərazisində müşahidə edilən intensiv yağışlardır.

Yağıntılar torpaq qatının eroziyasına, əkin sahələrinin su altında qalmasına və nəticə etibarilə məhsulun zərər görməsinə gətirib çıxarıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin