Moderator.az xəbər verir ki, millət vəkili Elman Məmmədov “Hürriyyət”x9d qəzetinə açıqlamasında bəzi məmurlar və onların ailə üzvlərinin zəngin və dəbdəbəli həyat tərzi, bu həyat tərzinin cəmiyyətdə doğurduğu narazılıqlara diqqət çəkib. Millət vəkilinin sözlərinə görə, son vaxtlar bəzi məmur övladlarının harın həyat tərzi ilə bağlı məqalə və fotoların xarici ölkələrin KİV-ində yer alması da, hələ də müəyyən şəxslərin ölkə başçısının xəbərdarlığındna nəticə çıxartmadığını göstərir:
“Türkiyə və digər ölkələrin mətbuatında məmurlar,
onların ailə üzvləri haqqında mütəmadi surətdə məlumatlar gedir. Bununla bağlı
bir çox fotolar, yazılar yer alır və s. Bu, heç kim üçün sirr deyil. Əslində
bütün cəmiyyət də mətbuatdan, sosial şəbəkələrdən bunu izləyir. Lakin bütün bu
xarici mətbuatı bir kənara qoyaraq deyə bilərik ki, cənab prezidentimiz
keçirdiyi müşavirə və tədbirlərdə yeri gəldikcə bu məsələyə toxunur və həmin məmurlara
ciddi xəbərdarlıq ünvanlayır. Hörmətli prezidentimiz həmin məmurlara xitabən
bildirir ki, ailənizlə, övladlarınızla, onların həyat tərzi ilə ciddi şəkildə məşğul
olun. Cəmiyyət və həyat güzgüdür. Burada nəyisə gizli saxlamaq mümkün deyil. Hər
kəs görür ki, kim necə və hansı həyat tərzi keçirir. Yüksək vəzifələrdə təmsil
olan şəxslərin özlərinin və ya ailə üzvlərinin əxlaqa, etik normalara zidd
davranışları, harın həyat tərzi təbii ki, cəmiyyətdə bu insanlar haqqında mənfi
fikir formalaşdırır. Buna görə də hörmətli prezident vaxtaşırı xəbərdarlıq edərək
bildirir ki, bu cür hallara yol verməyin, sizi mən vəzifəyə qoymuşam və mən də
uzaqlaşdıraram”x9d.
E.Məmmədovun sözlərinə
görə, əksər məmurlar bu xəbərdarlıqdan nəticə çıxartsalar da, bəzi məmurlar hələ
də yanlış yoldan çəkilməyə tələsmirlər:
“Məmurların bir çoxu bu xəbərdarlıqdan
nəticə çıxardır. Lakin bəziləri var ki, onlar hesab edirlər ki, nə istəsələr
onu da edə bilərlər və etdiklərinə görə heç bir cəza almayacaqlar. Ancaq şübhəsiz
ki, bu, belə deyil. Vaxtı çatanda onlar ölkə başçısı və hüquq-mühafizə
orqanları tərəfindən layiq olduqları cəzanı alacaqlar və alırlar da. Bugünə qədər
hansı məmurlarıln necə cəzalandırıldığı hər kəsə məlumdur. Təbii ki,
harınlayan, xəbərdarlıqlardan nəticə çıxartmayan məmurların cəzalandırılması
prosesi bundan sonra da davam edəcəkdir”x9d.
Millət vəkilinin fikrincə,
məmurlar həm həyat tərzləri, həm də davranışları ilə cəmiyyətə nümunə olmalı,
başqaları üçün örnək sayılmalıdırlar:
“Məmurlar öz həyat tərzləri
ilə cəmiyyətə nümunə olmalıdırlar. Onlar öz davranışları, əxlaqları, etikaları
ilə başqalarına örnək olmalıdırlar. Onların övladları da valideynlərinin cəmiyyətdəki
nüfuzunu aşağı salmamq üçün normal həyat tərzi keçirməlidirlər. Məmurlar və
onların övladlarının yüksək, dəbdəbəli hıyat tərzi başqa bir sual da ortaya
qoyur. Madam ki, bu qədər dəbdəbəli, bu qədər zəngin həyat tərzi keçirirsən, o
zaman bunun üçün gərəkli olan pulları haradan alırsan? Çünki burada min və ya
bir neçə min manatdan söhbət getmir. Burada bir neçə on mindən, yüz mindən söhbət
gedir. Hər kəsin nə qədər maaş aldığı məlumdur. Bir balaca araşdırma aparandan,
qanunsuz gəlir mənbələri aşkarlanandan sonra təbii ki, bu insanlar cəzadan
yayına bilməyəcəkdir. Biz isə cəmiyyət və media olaraq, habelə vətəndaş olaraq
bu cür halları diqqət mərkəzində saxlamalı və buna qarşı barışmaz olmalıyıq”x9d.
Seymur Əliyev

































































































