Goranboyda ata və oğlu 46 yaşlı kişiyə xəsarət yetirdi

Hazırda oxunan: Goranboyda ata və oğlu 46 yaşlı kişiyə xəsarət yetirdi

608804

Goranboy sakini kəsici-deşici alətdən xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.

Belə ki, rayon sakini 1980-ci il təvəllüdlü S. Alıyev bədənin müxtəlif nahiyələrinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
 

Ona dərhal yardım edilib və vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə xəsarət alan Goranboy sakini S. Alıyevə Kəlbəcər rayon sakinləri 1980-ci il təvəllüdlü A. Ələsov və onun oğlu 2005-ci il təvəllüdlü İ. Ələsov kəsici-deşici alətlə xəsarət yetiriliblər.


Hadisənin tərəflər arasında şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin