Rəsmən bəyan edildi: İki ərazi birləşir – vahid dövlət yaranacaq

Hazırda oxunan: Rəsmən bəyan edildi: İki ərazi birləşir – vahid dövlət yaranacaq

608793

Çin Xarici İşlər Nazirliyi ölkənin ərazi bütövlüyü ilə bağlı mövqeyini bir daha təkrarlayaraq, dünyada yalnız bir Çin olduğunu və Tayvanın onun ayrılmaz hissəsi sayıldığını bəyan edib.

Bizim.Media xəbər verir ki, rəsmi açıqlamada vurğulanıb ki, milli birləşmə prosesi qaçılmazdır və bu istiqamətdə atılan addımların qarşısını almaq mümkün deyil.

Nazirlik bu məsələnin Çin üçün prinsipial əhəmiyyət daşıdığını qeyd edib.

Bəyanatda bildirilib ki, artıq ərazilərin birləşməsi ilə bağlı proses başlayıb və bu, tamamlandıqdan sonra vahid dövlət yaranacaq.

Nazirlik qeyd edir ki, Tayvanın müstəqilliyinə yönələn istənilən təşəbbüslər nəticəsiz qalacaq. Pekin bu cür cəhdləri “uğursuzluğa məhkum” adlandıraraq, separatçı fəaliyyətlərə qarşı qəti mövqe sərgilədiyini vurğulayıb. (globalinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin