Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci HƏBS ETDİ

Hazırda oxunan: Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci HƏBS ETDİ

608765

Daşkəsən Rayon Məhkəməsində 65 yaşlı qadına qarşı seksual xarakterli zorakılıq etməkdə ittiham edilən şəxs M.M barəsində verilən təqdimata baxılıb.

Bizim.Media xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və həmin şəxs barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb.
 

Qeyd olunan müraciət üzrə Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.


Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin