Tramp İranın ABŞ-la saziş bağlaması məsələsində tələsmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, Fox News-a müsahibəsində deyib ki, bununla bağlı heç bir vaxt təzyiqi yoxdur. Tramp əlavə edib ki, daha əvvəl yayılan “üç-beş günlük pəncərə” ilə bağlı məlumatlar yalandır.
Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felanın istefası barədə məlumat yayıb.
İstefanın səbəbi açıqlanmayıb. Felanın səlahiyyətlərini müvəqqəti olaraq onun birinci müavini Hanq Kao icra edəcək. Axios yazır ki, Felan Pentaqon rəhbəri Heqsetlə yola getmirdi.
İsrailin Təl-Nof aviabazasının iki texnikinə İranın xeyrinə casusluq ittihamı irəli sürülüb.
Bildirilir ki, onlar iranlı kuratorlara F-15 qırıcısının mühərrik sxemləri ilə bağlı sənədləri, eləcə də uçuş təlimatçısının üzünün göründüyü fotoları ötürüblər.
Bundan başqa, onlardan İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Halevi və milli təhlükəsizlik naziri Ben-Qvir barədə məlumat toplamaq istənilib. KİV-in məlumatına görə, daha 8 hərbçi texniklərin fəaliyyətindən xəbərdar olub, lakin bu barədə məlumat verməyib. Hazırda araşdırma aparılır.
İranda SEPAH Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından keçməyə çalışan konteyner gəmilərini ələ keçirməsinin görüntüləri yayılıb.
Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilib.
Müvafiq qanun layihəsi Türkiyə parlamenti tərəfindən qəbul olunub.
Dəyişikliklərə əsasən, sosial şəbəkə operatorları 15 yaşına çatmamış uşaqlara bu xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş yoxlaması da daxil olmaqla zəruri tədbirlər görməli olacaqlar.
Ermənistan və Fransa strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Kostanyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sənəd Fransa Prezidenti Emmanuel Makronun mayın əvvəlində İrəvana planlaşdırılan səfəri çərçivəsində imzalanacaq.
Həmçinin hərbi-texniki sahə də daxil olmaqla digər əməkdaşlıq sazişlərinin də imzalanacağı qeyd olunub.
Bizim.Media







































































































