Gecə saatlarında Rusiyanın neft infrastrukturuna ZƏRBƏ ENDİRİLDİ - FOTO

Hazırda oxunan: Gecə saatlarında Rusiyanın neft infrastrukturuna ZƏRBƏ ENDİRİLDİ - FOTO

608806

Ötən gecə dronlar Rusiyanın neft infrastrukturuna aid bir neçə obyektə zərbə endirib.

Bizim.Media xəbər verir ki, Nijni Novqorod vilayətinin Kstovo şəhərində “Qorki” neftötürmə stansiyası hücuma məruz qalıb.

Bundan başqa, Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən neft emalı zavoduna da zərbə endirildiyi bildirilir.

Qeyd edək ki, bu müəssisə sonuncu dəfə aprelin 18-də hədəfə alınmışdı. Həmin hücumdan sonra zavodda neft emalı prosesi dayandırılmışdı.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin