“İlham Əliyevdən qəti reforma gözləntisi reallıqdır”x9d

Hazırda oxunan: “İlham Əliyevdən qəti reforma gözləntisi reallıqdır”x9d

88122

Saytlardan birinin yaydığı məlumata görə, Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qardaşı Nizami İbrahimov Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib. 

Baş verən bu olay cəmiyyətin aktiv kəsimi tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi ictimai-siyasi xadimlər bunu qarşıdakı islahat və kadr dəyişikliklərin başlanğıcı kimi dəyərləndirib.

Moderator.az-a açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq və hüquqşünas İlqar Altay da bu olayın qarşıdakı islahatların müjdəçisi ola biləcəyini vurğulayıb:

Bu fakt onu göstərir ki, Eldar İbrahimov uzun illərdən bəri nəhayət ki, hakimiyyət daxilindəki mövqeyini itirir. Belə görünür ki, o hətta YAP-ın parlamentə namizədlər siyahısında belə yer almayıb və narazı(üsyankar) mövqedən hakimiyyətin müəyyən qollarına aid rəsmi orqanları şiddətli tənqidə başlayıb. Bu isə, artıq, dövlət orqanları təmsilçiliyindəki yaxınlarının neytrallaşdırılması ilə onun tam "tərksilah" edilməsinə rəvac yaradıb.

Bütün bunlar isə onu göstərir ki, İlham Əliyevdən qəti reforma gözləntisi reallıqdır. Parlament seçkilərinə doğru bu istiqamətdə proseslər ölkənin bütün sahələrini və hətta, hakimiyyət daxilini əhatə edəcək dərəcədə vüsət alacaq. Bu isə artıq köklü reformalar deməkdir və dünyanın, regionun indiki çətin böhranlı dövründə sadəcə, qaçılmazdır. Elə bir zaman yetişib ki, hətta, bizim istəyimizdən və ya hansisa şərtlərdən asılı olmayacaq dərəcədə hərtərəfli agıllı, mütərəqqi, qətiyyətli islahatlara məhkumuq. Bu, birmənalıdır”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin