""Bakı 2015" İlham Əliyev və xanımının peşəkarlığı sayəsində uğurla başa çatdı"

Hazırda oxunan: ""Bakı 2015" İlham Əliyev və xanımının peşəkarlığı sayəsində uğurla başa çatdı"

83509
“17 gün ərzində davam edən Bakı 2015 Avropa Oyunları öncəliklə Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015”x9d ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri  Mehriban Əliyevanın, həmçinin  Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində uğurla başa çatdı.”x9d 

Bunu Moderator.az -a açıqlamasında millət vəkili Fuad Muradov bildirib. 

Deputat qeyd edib ki, Bakıda keçirilən Birinci Avropa Oyunları Azərbaycanın ciddi uğuru kimi qəbul olunmalıdır .

 “I Avropa Oyunlarının Azərbaycanın  dünyada  daha da tanınması, tarix və mədəniyyətinin nümayiş etdirilməsi, eyni zamanda idman sahəsində əldə etdiyi nəticələr baxımından çox böyük əhəmiyyət kəsb edir. Əgər bu bir tərəfdən idman yarışı idisə, digər tərəfdən də ciddi ictimai-siyasi və beynəlxalq əhəmiyyətə malik bir tədbir idi. Çünki həm Avropadan, həm də dünyanın bir çox ölkələrindən birinci şəxslərin, rəsmi şəxslərin və çoxsaylı turistlərin gəlməsi Azərbaycana qarşı olan etimadın göstəricisi idi.”x9d
F. Muradov Birinci Avropa Oyunlarını Azərbaycan üçün daha bir təcrübə və bundan sonrakı hədəflərə çatmaqda önəmli hadisə kimi dəyərləndirib. “2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunları Azərbaycanın həm də müsəlman ölkəsi olaraq tolerant və təhlükəsiz bir dövlət olduğunu ortaya qoymuş olur. İnanıram ki, bundan sonrakı hədəflərdə  Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi olacaqdır. Azərbaycan bundan əvvəl və indi olduğu kimi gələcəkdə də qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çatacaqdır.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin