Azadlıq - 2015 seçki blokunun Sədrlər Şurasının iclası olub

Hazırda oxunan: Azadlıq - 2015 seçki blokunun Sədrlər Şurasının iclası olub

79392
27 may 2015- ci il tarixdə Azadlıq - 2015 seçki blokunun Sədrlər Şurasının iclası olub.xa0
İclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar partiyası, AXP sədrləri iştirak edib.xa0
Toplantıda son hadisələrlə bağlı ölkədə yaranmış ictimai- siyasi vəziyyət müzakirə edilib və qərarlar qəbul edilib. Qərara alınıb ki, prezident İlham Əliyevə təklif edilsin ki, aşkara çıxmış korrupsiya faktlarınnın obyektiv araşdırılmasına imkan yaratmaq və vahiməyə düşmüş məmur təbəqəsinin dövlət üçün təhdid yarada biləcək təxribatlarının neytrallaşdırılması üçün A.Rasizadə başda olmaqla Nazirlər Kabinetini və Mərkəzi Bankın sədrini istefaya göndərsin və Nazirlər Kabinetini yenidən formalaşdırsın. Azadlıq ”“ 2015 kabinetin təşkilinin prezidentin müstəsna səlahiyyəti olduğunu qəbul edərək yeni kabinetin tərkibinə hadisələrdə məsuliyyəti olan şəxslərin, oliqarx- məmurların yeni kabinetə daxil edilməsinin məqsədəuyğun olmadığı rəyini ifadə edir. Bundan əlavə Milli Məclisə seçkilərin iki ay tezləşdirilməsi məsələsinə baxılması Milli Məclisin tətilinin ləğv edilməsi təklif edilsin. Azadlıq- 2015 vətəndaşlarımıza müraciət edərək ölkənin taleyi üçün çox məsuliyyətli bir məqamda səfərbər olmağa, o cümlədən I yay Avropa oyunlarının tam təhlükəsiz və uğurlu başa çatması üçün hər kəsi əlindən gələni əsirgəməməyə çağırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin