TPİ-də Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Hazırda oxunan: TPİ-də Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

70909
Təhsil Problemləri İnstitutunda Xocalı soyqırımının 23-cü il dönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra institutun direktoru Qulu Novruzov tarixin ədalətsiz səhnələrindən biri olan məkirli niyyətli ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında danışıb. Çıxışında bildirdi ki, ermənilər Xocalı faciəsini törətməklə nəinki Azərbaycana, bütövlükdə türk dünyasına, bəşəriyyətə qarşı qəddar və amansız mövqelərini nümayiş etdiriblər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə də uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Ermənilərin soyqırım siyasəti hələ XX əsrin əvvəllərindən başlayıb və zaman-zaman günahsız insanlar ağır işgəncələrlə qətlə yetiriliblər. Bildirdi ki, Xocalı soyqırımı adlı yara Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək və Azərbaycan xalqı artıq neçə ildir ki, bu dərdlə yaşayır. İnstitutun direktoru deyib ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmaq iqtidarında oldular və bunu dünya ictimaiyyətinə çatdıra bilirlər.

Qulu Novruzov çıxışında onu da vurğuladı ki. bu gün həmin siyasət möhtərəm Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən davamlı olaraq həyata keçirilir. Direktor yaxın son günlərdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!”x9d kampaniyasının və bir çox görülmüş fəaliyyətlərin əhəmiyyətini də qeyd etdi.

Tədbir zamanı institutun direktoru tədbir iştirakçılarına müraciət edərək onları ermənilərə qarşı unutqan olmamağa və daim mübariz olmağa çağırdı. O, Xocalı faciəsini törədənlərin ədalət qarşısında cavab verəcəklərinə əmin olduğunu və bu işdə onların qəddarlığının tanıdılmasında birgə fəaliyyət göstərməyin vacibliyini vurğuladı. Bu tədbirləri faciədən faciəyə deyil, hər gün, hər an bu soyqırımı bütün dünyaya çatdırmalıyıq. Direktor çıxışının sonunda xüsusi olaraq vurğuladı ki, görülən işlərin nəticəsidir ki, hazırda Xocalı soyqırımı bu gün dünyanın bir çox rəsmi dairələrində, parlamentlərində müzakirəyə çıxarılıb, bu faciə soyqırım aktı kimi tanınıb. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş olundu.

Soyqırıma həsr olunmuş video filmdən sonra institutun şöbə müdirləri Piralı Əliyev, İntiqam Cəbrayılov, direktor müavini Rəfiq Qəndilov Xocalı soyqırımı barədə, gənclərin milli mənəvi tərbiyəsində silsilə təbliğat işlərinin aparılması, tariximizin qanlı yaddaşının nəsildən nəslə ötürməklə nəsillərarası bağlantının möhkəmlənməsi və s. barədə geniş məruzə ilə çıxış etdilər.

Tədbirdə Təhsil Problemləri institutunun direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri və institutun digər əməkdaşları iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin