"Orduya daha çox savadlı hərbçi lazımdır"

Hazırda oxunan: "Orduya daha çox savadlı hərbçi lazımdır"

66064
Bu gün Azərbaycan ordusuna daha çox savadsız hərbçidən çox savadlı hərbçi  lazımıdır. 

Moderator.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında  müzakirələr zamanı səsləndirib.

Onun sözlərinə görə, son dövrlərdə yenidən  ali təhsildə davamlılığı təmin etmək üçün hərbi xidmətdən möhlət verilməsi  məsələsi gündəmə gəlib: “Bu məsələlərə aydınlıq gətirərək onu deyə bilərəm ki, bu məslələr hərbi  çağırış komissiyasının və Ali Baş komandanın səlahiyyətinə aid olan məsələdir. Bunu qanunvericiliklə müəyyən etmək olmaz. Bir də onu əlavə etmək istərdim ki, bu gün hamı deyir ki, ali təhsil zamanı davamlılığı təmin etmək üçün möhlət hüququ verilməlidir. Mən bunu başa düşə bilmirəm. Məgər orduya savadlı insan lazım deyil. Əksinə hesab edirəm ki, bu gün orduya daha çox savadlı  hərbçi lazımdır. Vaxtı ilə insanlar iki il hərbi xidmət çəkdikdən sonra ali təhsillərini davam etdirirdilər. Ona görə də, hesab edirəm ki, ali təhsildə möhlətin verilməməsi təhsilə elə də ciddi təsir etmir. Bir də onu əlavə edim ki, bu gün dünyanın ən güclü ordusuna malik ABŞ yeni 4-cü ordu yaradıb və bura ən savadlı insanlar qəbul edilir.  Bu ordu növü də informasiya- kommunikasiya ordu növü sayılır ki, bura hava hücümundan müdafiə sistemi və digər qoşun növləri daxildir. Bu ordu növü ilə heç bir itki vermədən müharibə aparmaq imkanı qazandırır.  Azərbaycanda da prezident ordunun gücləndirilməsi və  yeni hərbi texnikalarla təmin olunması ilə bağlı sərəncamlar imzalayır və işlər görür. Bu yeni texnikanı idarə etməyə isə savadlı hərbçi lazımdır. Bu problem hansısa formada öz  həllini tapmalıdır. Ya müqavilə yolu ilə ya da digər formada olmalıdır.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin